...

Qadın hədiyyəsi özümüzə (fotosessiya+video)

Cəmiyyət Materials 8 Mart 2008 01:29 (UTC +04:00)
Qadın  hədiyyəsi  özümüzə (fotosessiya+video)

Azərbaycan, Bakı, 7 mart / TrendLife müxbir C.Osmanov/ Beynalxalq qadınlar günü ərəfəsində, yəni 8 mart günü, bir qrup qadın özdəri üçün hədiyyə etmək istədilər. Onları bu addımı atmağa kişilərin diqqətsizliyi məcbur etmədi, iş onda deyil. İş yaradıcılıq yanaşmadadır. Söhbət Rus Dram teatrının aktrisası Naina İbrahimovanın "Gözəllik əsrin içindən" adlanan foto-qalereyasındadır. Hansı ki, Səttar Bəhlulzadə adına Sərgi mərkəzinə daxil oldu.

Bu möhtəşəm layihə, istedadlı fotoqraf Asiyət Fətullayevanın və qrim üzrə rəssam Fazilə Rəcəbovanın səyləri nəticəsində reallaşdı.

ETA Production təşkilatçılıq işini qeyd etməmək olmaz. Onun sahəsində nümayiş həyata keçirilmişdir.

Naina İbrahimovanın işi barəsində heç danışmaq lazım deyil, Kim sərgidə iştrak etmişdirsə o gördüklərindən və işçi qrupundan heyran qalmışdır. Doğurdan da şəkillər keyfiyyəti, ideyanın dolğunluğu və möhtəşəm mühiti ilə seçilirdi.

Naina İbrahimovanın çoxsaylı simaları həyata keçirməyi bacarmışdır. O, növbəti dəfə aktyor bacarığını nümayiş etdirmişdir və şərq, ottoman gözəli Raksolananın, cazibədar Kleopatranın, gözəl Nifertitinin, qəmgin su pərisinin, ovçuların himayədarı Diananın, cəlbedici Şixirizadanın, fırıldaq Anjelikanın, əfsanəvi aktrisa marlin Ditrixin, siqan Esmiraldanın, Karmenin, Merlin Monronun və kraliçə Marqonun simasını həyata keçirmişdir.

Sərgi barədə ən yaxşı aktrisa və model Naina İbrahimovanın özü danışa bilər. "Mən model kimi çoxtandan işləyirəm və bu heç kim üçün sirr deyil. Lakin, bu layihə yenidir. Məndə çoxsayda fotoşəkillir var, lakin onlar mənim üçün maraqlı deyirlər. Mən, peşəkar aktrisa olduğumdan öz bacarığımı nümayiş etdirmək istədim. Bu layihədə, fotoşəkil incəsənəti ilə yanaşı, plastik rejissura və aktyor sənətkarlığı istifadə olunurdu. Burda müəyyən xət və tarixi personajlar vardır. Mən, bir neçə söz, gördüyünüz şəkillərin fotoqrafından demək istərdim. Asiyət Fətullayeva böyük iş görüb. Bizim layihəmiz möhtəşəmdir ona görə ki, burada kompyuter qrafikası istifadə olunmayıb".

Öz fikirləri ilə ETA Production prodüsser mərkəzinin rəhbəri Elmira Mədətova bölüşdü. "Bu layihəyə hazırlıq bir il vaxtımızı aldı. İş, buna dəyərdi. Biz, kataloqların hazırlanması, haşiyələmək və şəkilləri çap etmək barədə düşünürdük. Biz həqiqətən layihəni ETA Production adına laiq etmək istəyirdik. Xoşbəxtlikdən hər şey bizim planlaştırdığımız kimi gedir. Adətən biz şou biznesdə çalışırdıq. Məlum olduğu kimi, incəsənətdə işləmək daha maraqlıdır. Çox ehtimal olunur ki, bu layihə xaricdə nümayiş etdiriləcək".

Qonaqların içində tanınmış insanlara rast gəlmək olardı. Onların içində, sərgi barədə bir neçə söz deyən Bəhram Bağırzadə var idi. "Bakıda sərginin keçirilməsi özü bir əlamətdar hadisədir. Əgər hadisə vardırsa demək Bakı yaşayır. Əgər qonşu dövlətlərin paytaxtları ilə müqaisə etsəz, siz fərqi görərsiz. Məni həmişə maraqlandıran ifadan çox ideya olub. Burda, mənim xoşuma gələn hərəkət var. Mən, bu gün bura şəkil sevən kimi gəlmişəm, bəlkə burdan nəsə oğurladım, sözün yaxşı mənasında".

Xəbər lenti

Xəbər lenti