...

Aygün Kazımova ilə Xumar Qədimovanın münasibətlərini kimsə pozmaq istəyir

Cəmiyyət Materials 11 Mart 2008 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /müx. TrendLife Günel Əhmədova/

Aygün Kazımova və Xumar Qədimovanın dost münasibətləri artıq televiziya və mətbuatın da mövzusuna çevrilib. Lakin onların münasibətlərinə xələl gətirənlər var. Xumar Qədimovanın TrendLife-a bildirdiyinə görə, bir nəfər onların arasını vurmaq üçün şayiələr yaymağa başlayıb. Həmin bir nəfərin kimliyini soruşanda Xumar xanım: "Onun adını dilimə gətirməyəcəm, sadəcə deyə bilərəm ki, cinsi kişidir. Mənim Aygün xanımla münasibətim qaydasındadır və aramızdan heç qara pişik də keçə bilməz. Hətta mən fevralın sonunda Sankt-Peterburqa konsert verməyə gedərkən xeyir-duasını aldığım sənət dostum da məhz Aygün Kazımova olub" dedi.

Xəbər lenti

Xəbər lenti