...

Bəli, mən biznesmen xanımam- müğənni Nüşabə Ələsgərli

Cəmiyyət Materials 11 Mart 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /müx. TrendLife Şahin Cavadsoy/

Şou-biznesdə ad çıxaran müğənnilərin bizneslə məşğul olması artıq adi hala çevrilib. Sözsüz ki, burada kişi sənətçilərin adları birinci sıralarda hallanır. Amma elə xanım müğənnilər də var ki, onlar da bu işdə kişilərdən geri qalmadıqlarını hər kəsə sübut etməyə çalışırlar. Məsələn, Nüşabə Ələsgərli kimi: "Dünya şou-biznesinin nümayəndələri kimi, bizim müğənnilər də qazandıqları pulları başqa sahələrə sərf etməyə can atırlar. Götürək elə türk müğənnisi İbrahım Tatlısəsi. Onun fabrikləri, şirkətləri var. Nəyə görə biz kimlərdənsə geri qalaq? Bəli, mən biznesmen xanımam. Özü də bu işlə indi məşğul olmağa başlamamışam. Biznesi əvvəldən qurmaq lazımdır ki, sonra bütün işlər yavaş-yavaş qaydasına düşsün. Demirəm ki,böyük biznesə qol qoymuşam. Sadəcə, illər öncə qurduğum işləri davam etidirirəm. Çox istəyirəm ki, digər xanım həmkarlarım da qazandıqları pulları mənim kimi öz şəxsi bizneslərini yaradaraq çoxaltsınlar".

Xəbər lenti

Xəbər lenti