...

Bakı Kamera Teatrının kollektivi yenə narahatdır

Cəmiyyət Materials 14 Mart 2008 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /müx. "TrendLife" Günel Əhmədova/

Bakı Kamera Teatrı Şəhriyar adına Mədəniyyət Mərkəzindən çıxarıldıqdan sonra Əbilov adına Mədəniyyət Evinə yerləşdirilib. Lakin teatrın direktoru Cənnət Səlimova TrendLife-a burada yalnız məşqlər aparmağın mümkün olduğunu dedi. Tamaşa oynamaq üçün isə teatr məkan axtarışına çıxmalıdır: "Tamaşa oynamaq üçün şəraitimiz yoxdur. Qulağımıza çatıb ki, Şəhriyar adına Mədəniyyət Mərkəzində yenidən fəaliyyət göstərməyə imkan yaradılacaq. Ona görə də ümidimizi hələ üzmürük".

Xəbər lenti

Xəbər lenti