...

İfalarım "Qızıl fond"dadar, amma tanınmıram -Xanəndə Maya Cəbrayılova

Cəmiyyət Materials 15 Mart 2008 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /müx. TrendLife Safura/

Xanəndə Maya Gəbrayılovanın "Bu nə həsrət" adlı yeni diski yaxın günlərdə işıq üzü görəcək. Albomda onun ifasında bəstəkarlar Cahangir Cahangirovun,Şəfiqə Axundovanın,Ramiz Mirişlinin, Vüqar Camalzadənin,Məmmədbağır Bağırzadənin mahnıları ilə yanaşı, muğamlar da yer alıb. "Bu nə həsrət" adlı alboma "Həsrətin odu" klipi də daxil edilib. Rəngarəng albomu haqqında xanəndə Cəbrayılova TrendLifa məlumat verərək, albomunun bu günə qədər təqdim olunan albomlardan fərqli olduğunu bildirdi:

"Mən neçə illərdir ki, sənətdəyəm. Reklamım olmasa da, sənətimin olmasını əsl sənətkarlar bilir. Mənə qiyməti də elə onlar verib.Mən disk buraxdırmaq fikrində deyildim. Amma bəstəkar Şəfiqə Axundova mənə - sənin sənətin yaddaşlarda qalmalıdır - dedi. Dövlət radiosunun "Qızıl fondu"nda mənim ifamda "Şahnaz", "Mirzə Hüseyn" segahı, "Qatar" muğamı və 11 xalq mahnısı saxlanılır... Görünür ,tanınmaq, yadda qalmaq üçün bu azdır. Elə bu səbəbdən albom buraxdırmaq qərarına gəldim. Mənim bu albomumun fərqi onda olacaq ki, mən onu satış üçün yox, hədiyyə etmək üçün buraxdırıram"

Xəbər lenti

Xəbər lenti