...

Aşıq Zülfiyyənin səfəri yekunlaşmır

Cəmiyyət Materials 18 Mart 2008 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı 18 mart /müx.TrendLife Günel Əhmədova/

Ötən ayın sonlarına doğru, Xocalı soyqırımı günündə İsraildə konsert verdikləri iddia olunan sənətçilərdən daha birinin- aşıq Zülfiyyənin səfəri hələ də yekunlaşmayıb. TrendLife-ın müxbiri onun ailəsi ilə əlaqə yaradanda, hazırda aşığın Cənub Azərbaycanda olduğunu diqqətə çatdırdılar. Məlum hadisələr ərəfəsində hədəf seçilən Nadir Qafarzadə və Ruhəngiz Allahverdiyevadan fərqli olaraq, aşıq Zülfiyyənin burada olmaması onun adının mövzuda az hallandırılmasına yardımçı oldu. Həmin tarixdən xeyli keçməsinə baxmayaraq, onun Bakıya dönmədiyi məlum olub. Səbəbini soruşanda ailə üzvləri bunun əvvəlcədən planlaşdırılmış səfərlər olduğunu diqqətə çatdırdılar. Səfərlərin yaradıcılıq xarakteri daşımadığını deyən həmsöhbətim onun bu günlərdə Bakıda olacağını vurğuladı.

Xəbər lenti

Xəbər lenti