...

Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisi üçün ərazi müəyyənləşib

Cəmiyyət Materials 19 Mart 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend ", müxbir E.Hüseynli/ Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisi üçün ərazi müəyyənləşdirilib. Bu barədə çərşənbə günü Trend a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) ötən il dekabrın ortalarında Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisinə rəsmən icazə verib. İlk nüvə tədqiqat reaktorunun tikintisi üçün Azərbaycan hökuməti də razılığını verib. Azərbaycanda bu obyektin tikilməsinə 2009-cu ildə başlanması və 2013-cu ildə başa çatdırılması nəzərdə tutulur.

Qəribov deyib ki, nüvə tədqiqat reaktoru paytaxt Bakıdan 20 kilometr aralıda yerləşən Abşeron rayonunun Pirəküşkül qəsəbəsi ərazisində tikiləcək. Onun sözlərinə görə, hazırda ərazinin xəritəsi hazırlanır. İnstitut direktoru deyib ki, nüvə reaktorunun 25-30 MVt gücündə olması planlaşdırılır. Reaktorun tikintisi təxminən 25-30 mln. dollara başa gələcək.

Azərbaycan Yaşıllar Partiyası atom texnologiyasının insan sağlamlığına və ekologiyaya ciddi ziyan vurduğunu əsas gətirərək onun tətbiqinin əleyhinə çıxış edir. Partiyadan "Tren News"a bildiriblər ki, Azərbaycan alternativ enerjinin digər növlərindən, külək, su, günəş enerjisindən istifadə etməlidir.

Xəbər lenti

Xəbər lenti