...

Vətənpərvərlik mövzusunda yazan jurnalistlər mükafatlandırıldı

Cəmiyyət Materials 19 Mart 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir S.İlhamqızı/ Bu gün Azərbaycan Mətbuat Şurası və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə vətənpərvərlik mövzusunda yazan jurnalistlər arasında keçirilən Ümumrespublika müsabiqəsinin iştirakçılarına mükafatlar təqdim olunub. Bu barədə Trend a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Birinci yerə "Yurd yeri" silsilə verilişlərinə görə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı Miraslan Bəkirli layiq görülüb. "Tərtəmiz Tərtər" yazısı "Gün səhər" qəzetinin müxbiri Elxan Salahova ikinci yeri qazandırıb. "İki sahil" qəzetinin əməkdaşı Elçin Zaman, "Ayna-Zerkalo" qəzetindən Tural Məmmədov və Azəri-press Agentliyindən Rəşad Süleymanov vətənpərvərlik mövzusunda yazılarına görə üçüncü yerlə təltif ediliblər.

Ona yaxın KİV əməkdaşına həvəsləndirici mükafatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti