...

Berlində Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçirilir

Cəmiyyət Materials 27 Mart 2008 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart / Trend , müxbir S.İlhamqızı/ Bu gun Almaniyanın paytaxtı Berlin şəhərində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçirilir. Tədbir Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin 2007-ci il martın 9-da Bakıda keçirilmiş I Forumunda qəbul olunmuş Bakı Bəyannaməsinə uyğun olaraq təşkil edilib. İclasin məqsədi Azərbaycan və Türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr müəyyən etmək, xalqlarımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələr aparmaqdir.

Toplantıni Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıb və "Türkdilli dövlətlər arasında münasibətlərin inkişafında diasporların rolu" mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, AMEA prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri Mahmud Kərimov, Azərbaycan Milli Məclisinin deputatları Nizami Cəfərov və Qənirə Qaşayeva, Bakı Slavyan Universtetinin rektoru, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü Kamal Abdulla, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov, Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və başqaları da çıxış edərək diasporların qarşıdakı vəzifələrindən danışıblar.

İclasın sonunda Koordinasiya Şurasının həmsədrləri seçiləcək və yekun sənədlər qəbul ediləcək. Bunlar Berlin Bəyannaməsi və 1918-ci martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90 illiyi ilə əlaqədar bəyanatdır.

Daha sonra 2007-cı ilin yekunları üzrə "Qobustan" Beynəlxalq mükafatının təqdimetmə mərasimi olacaq.

İclasdan sonra Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üvzləri və qonaqlar "Berlin Konserthauz"da Almaniyada Azərbaycan ilinin təntənəli açılış mərasiminə qatılacaqlar.

Xəbər lenti

Xəbər lenti