...

AFFA-nın İcraiyyə Komitəsi Berti Foqtsın lehinə səs verib

Cəmiyyət Materials 30 Mart 2008 17:58 (UTC +04:00)
AFFA-nın İcraiyyə Komitəsi Berti Foqtsın lehinə səs verib

Azərbaycan, Bakı, 30 mart/ Trend , müxbir Z.Səfərov/ AFFA alman mütəxəssis Berti Foqtsla iki illik müqavilə imzlamaq niyyətindədir.

Trend -un verdiyi məlumata görə, Assosiasiyanın İcraiyyə Komitəsinin iclasının gedişində onun bütün üzvləri yekdilliklə komandaya Almaniya komandasına Avropa-96-nın çempionları titulunu qazandırmış məşqçinin başçılıq etməsinin lehinə səs veriblər. Beləliklə, AFFA almanla müqavilənin detallarını yoluna qoyduqdan sonra, Foqts 2010-cu il Dünya Çempionatının seçmə turnirində iştirak edəcək Azərbaycan kollektivinə başçılıq edəcək.

Almanın məşqçi karyerasından danışarkən qeyd etmək lazımdır ki, o, Bundestimin məşçqisi vəzifəsini 98-ci ilin mundialından sonra - Almaniya 1/4 finalda Xorvatiya tərəfindən darmadağın edildikdən sonra tərk edib. 2000-ci ilin noyabrında Leverkuzenin Bayer komandasına başçılıq etməyə başlayıb. Həmin ilin avqustunda o, Küveyt yığmasına rəhbərlik etməyə başlayıb. Lakin yarım ildən sonra Şotlandiyanın milli komandasına rəhbərlik etmək haqqında təklifi qəbul edərək, bu vəzifəni tərk edib. O, 2004-cü ilin oktyabrınadək bu vəzifədə qalıb. Yığma nəticə göstərmirdi və Moldova komandası ilə heç-heçədən sonra Foqts istefa verməyə məcbur olub. 2007-ci il yanvarın 15-də Foqts Nigeriya yığmasının baş məşqçisi Aqustin Equavonu bu vəzifədə əvəz edib.

Xəbər lenti

Xəbər lenti