...

Berqi Foqts AFFA ilə müqavilə bağlamağa tələsmir

Cəmiyyət Materials 31 Mart 2008 19:54 (UTC +04:00)
Berqi Foqts AFFA ilə müqavilə bağlamağa tələsmir

Azərbaycan, Bakı, 31 mart/ Trend , müxbir Z.Səfərov/ Alman mütəxəssis Berqi Foqts yaxın vaxtlarda Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi olacağı barədə məlumatı təkzib edib.

"Həqiqətən də, danışıqlar gedir, lakin onlar başa çatmaqdan uzaqdırlar. Yaxın vaxtlarda Almaniyada görüş baş tutmalıdır. Bizim hələ çox açıq məsələlərimiz var", - bundesliqanın rəsmi saytı Foqtsun sözlərini dərc edib. Hər şeyin aprelin 3-də - AFFA-nın Baş katibi Elxan Məmmədov Foqtsla müqavilənin imzalanmasına dair bütün məsələləri həll etmək üçün Münhenə gəldikdən sonra aydınlaşması mümkündür.

Dünən axşam AFFA-nın İcraiyyə Komitəsi yekdilliklə milli komandaya 2010-cu il dünya çempionatının seçmə mərhələsi ərəfəsində Foqtsun başçılıq etməsinin lehinə səs veriblər. Onunla iki illik müqavilə imzalamaq planlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti