...

Qadağalar götürülsə də, həvəsdən düşmüşəm – xalq artisti Flora Kərimova

Cəmiyyət Materials 11 Aprel 2008 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /müx.TrendLife Şahin Cavadsoy/

"Mədəniyyətsizliyin mədəniyyətə hücum etdiyi bir vaxtda konsert vermək istəmirəm"-bu açıqlama ilə xalq artisti Flora Kərimova çıxış etdi. TrendLife-a danışan sənətkarın sözlərinə görə, onun belə kəskin sözləri işlətməyə kifayət qədər əsası var: "Hamıya gün kimi aydın idi ki, səhnəyə çıxmağıma bəzi qadağalar qoyulmuşdu. İndi mənə qoyulan qadağalar götürülsə də, çox həvəsdən düşmüşəm. Məncə, bu yaşımda hansısa solo konsert proqramı ilə çıxış etmək həm də ayıbdır. Amma bəzən düşünürəm ki, bəlkə də xudmani bir dost məclisi qurub, pərəstişkarlarımı başıma cəm edim. Bu da ancaq ürəyimi boşaltmaq istəyi ilə bağlı olacaq. İnanın, hazırda cavanların çoxu özləri də bilmədən xaosa gedirlər. Dinləyiciləri qınamaq da olmaz. Əsl sənətə çəpər çəkildiyi məqamlarda zövqlü dincəyici tapmaq müşkül olsa da, şükürlər olsun ki, belələri də az deyil. Ona görə də Flora Kərimova seçmə pərəstişkarlarını sevindirmək üçün yollar axtarmaqla məşğuldur. Gözləyin, əzizlərim".

Xəbər lenti

Xəbər lenti