...

Nazənin plastik cərrahiyyə əməliyyatı etdirib

Cəmiyyət Materials 19 Aprel 2008 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /müx. TrendLife Şahin Cavadsoy/

Məclislərin birində fərqli imiclə gözlərə dəyən müğənni Nazənin, ona göstərilən bu diqqətdən deyəsən heç də məmnun deyil. Sənətçi deyir ki, peşəsindən asılı olmayaraq, bütün xanımlar öz görkəmlərinə fikir verməlidirlər: "Bir çoxları soruşur ki, Nazənin xanım, son vaxtlar niyə belə dəyişmisiniz. Mən isə cavabında deyirəm, bədənimdə yox, üz cizgimdə cərrahi əməliyyat etdirmişəm. Heç bilməzdim, insan burnunda əməliyyat etdirməklə kimlərinsə gözündə bu qədər dəyişə bilər".

TrendLife-ın əməliyyatı harada etdirmisiniz sulanıa, müğənninin cavabı belə oldu: "Əməliyyat Bakıda oldu. Tanınmış cərrah Vaqif Qələndərin burnumu bir xeyli kiçiltməsi ürəyimcə oldu. Deməzdim ki, burnum çox böyük idi. Sadəcə, zərgər işi tələb olunurdu. Vaqif həkim də bu işi məharətlə sona çatdırdı. Qarşılığında isə çox cüzi miqdarda pul ödədim. Demək olar ki, əməliyyat etdirmək mənə hədiyyə olaraq başa gəldi".

Xəbər lenti

Xəbər lenti