...

Pekin Olimpiadasında medal qazanacaq azərbaycanlı idmançılara veriləcək mükafatın artırılacağı gözlənilir – MOK-un vitse-prezidenti

Cəmiyyət Materials 22 Aprel 2008 13:53 (UTC +04:00)
Pekin Olimpiadasında medal qazanacaq azərbaycanlı idmançılara veriləcək mükafatın artırılacağı gözlənilir – MOK-un vitse-prezidenti

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir R.Ergün/ Pekin Olimpiadasında uğur qazanacaq azərbaycanlı idmançılara dövlət tərəfindən veriləcək mükafatın artırılacağı gözlənilir. "Olimpiadada medal qazanan idmançılara veriləcək mükafatların artırılacağını gözləmək olar. Bu ilk növbədə ölkə prezidentinin sərəncamından asılıdır" çərşənbə axşamı Trend a Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

2004-cü ildə Afinada keçirilən Olimpiadada qızıl medal qazanan idmançılara dövlət tərəfindən 100, MOK 50 min, gümüş medal qazananlara dövlət 50 min, MOK 30 min, bürünc medal qazananlara isə dövlət 25 min, MOK 20 min manat mükafat verib. Azərbaycan idmançıları sonuncu Olimpiadada 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

MOK-un vitse-prezidenti Bakı şəhərinin 2016-cı ildə keçiriləcək Olimpiadaya ev sahibliyi etmək şansının tam itmədiyi bildirir. "2016-cı ildə keçiriləcək Olimpiadanı qəbul etmək üçün hansı ölkənin daha şanslı olduğuna Beynəlxalq Olimpiya Komitəsinin iyulda keçiriləcək toplantısında aydınlıq gələcək. Bakı şəhəri də namizədlər arasındadır və şansımızın sıfıra bərabər olduğunu indidən demək olmaz" Hüseynzadə əlavə edib.

2016-cı ildə keçiriləcək Olimpiadaya ev sahibliyi etmək istəyən 7 ölkə var. Namizədlər arasında Amerikanın şansı daha yüksək qiymətləndirilir.

Hazırda Azərbaycanın 38 idmançısı yayda keçiriləcək Olimpiadaya lisenziya əldə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti