Azərbaycan, Bakı. 5 may /müx. TrendLife Safura/
Xalq artisti Ağaxan Abdullayev xanəndələrin klip çəkirmələrinə münasibət bildirib. "Hazırda bir çox xanəndələr klip çəkdirirlər. Şəxsən mən hesab edirəm ki, muğam janrına belə yaradıcılıq növü lazım deyil. Xanəndə digərlərindən canlı ifası ilə fərqlənir. Çünki muğam hər dəfə başqa cür oxunur. Hətta nə qədər eyni cür oxumağa çalışsan da, alınmır. Klip isə muğamı bəzi şablona bənzədir. Muğam ifaçıları klip çəkdirməklə düzgün etmirlər. Əgər onlar tamaşaçıların yaddaşlarında qalmaq istəyirlərsə, ənənələri qoruyub saxlasınlar".