...

Azərbaycanda ilk dəfə bilyard üzrə Avropa çempionatı keçiriləcək

Cəmiyyət Materials 6 May 2008 14:37 (UTC +04:00)
Azərbaycanda ilk dəfə bilyard üzrə Avropa çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir R.Ergün/ Bakıda bilyard üzrə sayca 7-ci olan Avropa çempionatı ("Azad Piramida") keçiriləcək. Bu barədə Trend a çərşənbə axşamı Azərbaycan Bilyard İdmanı Federasiyasının (ABİF) mətbuat xidməti məlumat verib.

Çempionatın təşkilatçıları Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN), Piramida üzrə Avropa Komitəsi (PAK) və ABİF-dir. Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tədbirə rəsmi dəstək verir. Yarış mayın 15-dən 18-dək davam edəcək.

Çempionatda 32 kişi və 16 qadın idmançı iştirak edəcək.

Birinciliyə qatılmaq üçün 11 ölkənin - Azərbaycan, Rusiya, Estoniya, Belarus, Gürcüstan, Almaniya, Latviya, Litva, Moldova, Finlandiya və Ukraynanın iştirakı təsdiqlənib. Hazırda digər ölkələrin iştirak ərizələri qəbul edilir.

Azərbaycanda bilyard üzrə belə yarış ilk dəfə keçirilir.

Azərbaycan Bilyard İdmanı Federasiyası 2000-ci ildən Piramida üzrə Beynəlxalq Komitənin (PAK) üzvüdür. ABİF-in prezidenti İlham Aslanov PAK-ın icra komitəsinin üzvü kimi fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti