...

MDBƏİ-da faşizm üzrə qələbənin 63-cü il dönümünə həsr edilmiş millətlərin konserti keçirildi

Cəmiyyət Materials 7 May 2008 23:53 (UTC +04:00)
MDBƏİ-da faşizm üzrə qələbənin 63-cü il dönümünə həsr edilmiş millətlərin konserti keçirildi

Rusiya, Moskva, 7 may / Trend müxbir R.Ağayev/ Bu gün Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunda (MDBƏİ) Böyük Vətən müharibəsinin 63-cü il dönümünə həsr edilmiş millətlərin konserti keçirildi.

Tədbiri açarkən, MDBƏİ-nun beynəlxalq əlaqələr üzrə rektor müavini Andrey Selantyev qeyd edib ki, faşirzm üzrə qələbə bizim hamımızın bayramıdır. O, bəzi dövlətələrdə, xüsusən Pribaltik ölkələrdə faşizmin qəhrəmanlaşdırılmasından təsüf hissi keçirdiyini bildirdi. "Bəzi ölkələrdə elə təsəvvür yaratmaq istəyirlər ki, güyə faşastlərin vaxtında hər şey elədə pis deyildi", deyə A.Selantyev bildirdi. O, onuda əlavə etdi ki, hər zaman babalarımızın etdiyi qəhramanlıqları yadda saxlamalıyıq və onların ön cəbhədə və arxa cəbhədə eddkilərini unutmamalıyıq. "Çox xoşagələndir ki, bu gün MDBƏİ-da müxtəlif millətlərin nümayəndələri toplaşıb və bu amil onu sübut edir ki, qələbə birgə səylər nəticəsində əldə edildib" deyə rektor müavini bildirdi.

Axşamın konsert proqrammı Azərbaycanın prezentasiyasından başladı. Ölkənin təqdimatını, Azərbaycan haqqında vətənpərvər şeir oxuyaraq, 11 yaşlı Naz-xanım açdı. Bundan sonra, böyük alqışlara səbəb olan, "Sarı gəlin" mahnısının sədaları altında azərbaycanın milli rəqsi ifa olundu. Tamaşaçılar həmçinin Rövşən Yolçiyevin nağarada ifasını laiqincə qiymətləndirdilər.

Azərbaycan Dövlət rəqs ansamblının çıxışı isə əsil mənada furor yaratdı. "Qarabağ şikəstəsi"-nin isə ifası heç kəsi laqeyid qoymadı. Azərbaycanın kollektivlərinin çıxışı Azərbaycan haqqında slayd-şou ilə müşayyət olunurdu.

Yüksək səviyyədə keçirilən Azərbaycanın prezintasiyası Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, MDBƏİ-nun Azərbaycan Klubunun, Rusiyanın Azərbaycan Gənclər Təşkilatının, Azərbaycanın Rusiya Fedearsiyasında səfirliyinin təşəbbüsü, "Bakı" jurnalının inormasiya dəstəyi və Moskvanın 157 saylı orta məktəbinin kollektivinin iştrakı ilə təşkl olunmuşdur.

Sonra Qırğızıstanın, Ukraynanın, Slovakiyanın, Moldovanın, Almaniyanın, Fransanın, Belarusun, Gürcüstanın və Qazaxstanın nümayəndələri öz rəqs proqramları ilə çıxış etdilər.

Ermənistan azərbaycan incəsənət tarixində yaxşı tanınan və qeyri professional ifa olunan "Şalaxoru" rəqsi ilə təqdim olunmuşdur. Tamaşaçılara slayd-prezentasiyası təqdim olnmuşdur və orada Ermənistan 4 min illlik tarixi olan ölkə kimi göstərilmişdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti