...

Azərbaycanın futbol üzrə yığma komandasının Serbiyaya böyük hesabla uduzacağı qabaqcadan bilinirdi - keçmiş baş məşqçi

Cəmiyyət Materials 8 May 2008 17:45 (UTC +04:00)
Azərbaycanın futbol üzrə yığma komandasının Serbiyaya böyük hesabla uduzacağı qabaqcadan bilinirdi - keçmiş baş məşqçi

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının Bakıda Serbiya millisi ilə oyunda faciə yaşayacağı əvvəlcədən bilinirmiş. "Finlandiya ilə oyundan sonra əmin idim ki, o faciə hansısa oyunda mütləq baş verəcək", - cümə axşamı Trend a Azərbaycanın futbol üzrə yığma komandasının keçmiş baş məşqçisi Şahin Diniyev deyib.

Diniyev yığma komandaya bu ilin yayında keçiriləcək dünya çempionatının seçmə mərhələsi dövründə başçılıq edib. Seçmə mərhələnin sonuncu Finlandiya və Belçika ilə oyunlarında onu baş məşqçi vəzifəsində Qyoko Hacievski əvəz edib.

Keçmiş baş məşqçi ötən il oktyabrın 17-də Bakıda Serbiya millisinə 1:6 hesablı məğlubiyyətdən sonra yığma komandadan ayrılıb. Onun rəhbərliyi altında Azərbaycan yığma komandası seçmə mərhələnin oyunlarında 5 xal toplayıb.

Diniyev bildirib ki, baş məşqçi kimi işlədiyi dövrdə yığma komandanın uğursuz çıxış etməsində günahkar olduğunu etiraf edir. "Əslində, mən heç bir məşqçidən az xal toplamamışam. Amma baş məşqçi kimi, komandanın çıxışında məsuliyyətim olub və günahım var" - deyə eks-baş məşqçi əlavə edib.

Azərbaycan yığma komandası Diniyevin rəhbərliyi altında seçmə mərhələdə Portuqaliya, Belçika, Serbiya, Finlandiya və Qazaxıstan komandaları ilə mübarizə aparıb. Ermənistan komandası ilə oyunlar UEFA-nın qərarı ilə keçirilməyib.

Diniyev Azərbaycan yığmasının indiki baş məşqçisi Berti Foqtsu zəngin karyerasına görə tanıdığını bildirib.

Keçmiş baş məşqçi yığma komandadan öz istəyi ilə ayrıldığını deyib. Diniyev vurğulayıb ki, Azərbaycan yığma komandasının uğursuz çıxışlarının səbəbi baş məşqçilərlə bağlı deyil.

Milli komanda Diniyevin baş məşqçi olduğu dövrdə Serbiyaya (1:6) və Ukraynaya (0:6) uduzmaqla yanaşı, Bakıda keçirilən oyunda Finlandiya komandasına qələbə çalması ilə (1:0) yadda qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti