...

Müğənni Kərimin altı illik intizarı sona çatır

Cəmiyyət Materials 12 May 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /müx.TrendLife Şahin Cavadsoy/

"Oyuncağınam sənin" mahnısına çəkdirdiyi klipi ilə pərəstişkarlarını sevindirən müğənni Kərim, indi də ilk musiqi toplusunu onların ixtiyarına buraxmağa hazırlaşır: "İki həftədən sonra ilk diskim satışa çıxacaq. İnanın bu günün yetişəcəyi anı düz altı ildir ki, gözləyirdim. Nəhayət, arzum reallığa dönür. Gövhər Həsənzadə, Novruz Aslanov, Aynur Adilqızı, Kəmalə Qasımova və başqa bəstəkarların yazdığı bəstələrinin daxil olacağı "Sorma" adlı ilk albomumda 14 mahnı yer alıb. Disk, "Səbuhi" səs-yazma studiyasında işıq üzü görəcək. KİV nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, bu sevincimi mütləq onlarla bölüşəcəyəm. Bir sözlə Kərim təqdimata hazırlaşır".

Xəbər lenti

Xəbər lenti