...

Müğənni Abbas Bağırov layihəsinə 20 milyon manatdan artıq pul xərclədiyini etiraf etdi

Cəmiyyət Materials 13 May 2008 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /müx. TrendLife Günel Əhmədova

Səkkiz aydır "Sarı gəlin" layihəsi üzərində çalışan Abbas Bağırov belə bir yaradıcılıq işinin hələ 10 il sonra ərsəyə gəlməyəcəyini əminliklə TrendLife-a söylədi. Onun fikrincə, hər müğənninin işi deyil bu cür sanballı əsəri meydana çıxarsın.

Klipdə tük əsgərinin obrazını oynayan Abbas qədim qopuz alətindəki məharətini də ortaya qoyub. Bununla yaradıcı heyət "Sarı gəlin"in müəyyən ştrixlərlə Azərbaycan mahnısı olduğunu həm dünyaya, həm düşmənimiz olan ermənilərə çatdırmaq istəyir. Abbas sözügedən klipin mövzusunun indiyə qədər heç bir müğənni tərəfindən istifadə olunmadığını, eyni zamanda aktual mövzudan ibarət olduğunu xatırlatdı. Klipin süjet xətti dərin və məzmunlu olduğundan Abbas "yeganə müğənniyəm ki, belə bir mövzuya müraciət etmişəm" deyərək öyündü.

Əldə etdiyimiz məlumata görə, müğənni bu klipin başa gəlməsi üçün 20 milyon manat məbləğində pul sərf edib. Lakin o, deyilən məbləği inkar edərək klipin qiymətsiz olduğunu söylədi: "Mənim bu layihəm 20 milyona başa gəlsəydi, heç bunu hazırlamazdım. "Sarı gəlin" kimi bir mahnının çəkilişi üçün varını-dövlətini sərf etməlisən. Ona görə ki, bu mahnıya sahib çıxan ermənilər 20 milyondan da çox pul sərf edərlər, yetər ki, mahnını özlərinin musiqiləri kimi təqdim etsinlər".

"Sarı gəlin"in yayım məkanlarının geniş olduğunu deyən Abbasın sözlərinə görə, həmin məbləğ onun təbliğatında da rol oynayacaq. Yəni, klipin Avropa ölkələrində yayımı nəzərdə tutulb. Bu yaxınlarda onun həm eyniadlı albomu işıq üzü görəcək, həm də eyniadlı konsert proqramı olacaq. Hələ ki, dəqiq vaxt dəqiq təyin olunmasa da, konsertin ilin sonuna qədər baş tutacağı gözlənilir.

Bundan başqa, müğənni yaxın vaxtlarda Ruhəngiz Qasımovanın bəstəsi olan "Anacan dostum evlənir" mahnısını özünəməxsus şəkildə tamaşaçılarına çatdıracaq.

Xəbər lenti

Xəbər lenti