...

Azərbaycanda savadlılıq dərəcəsi bir çox Avropa ölkələri ilə müqayisədə daha yüksəkdir - YUNESKO-nun təhsil məsələləri üzrə baş direktorunun müavini (video)

Cəmiyyət Materials 14 May 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir S.Ağayeva / YUNESKO -nun təhsil məsələləri üzrə baş direktorunun müavini Nikolas Bernett hesab edir ki, Azərbaycanda savadlılıq dərəcəsi, bir çox Avropa ölkələri ilə müqayisədə, daha yüksəkdir.

Bernett çərşənbə günü Bakıda keçirilən YUNESKO-nun Qlobal Savadlılığın Dəstəklənməsi üzrə Regional Konfrasına həsr edilən tədbirində jurnalistlərə bildirib ki, YUNESKO savadlılıq dərəcəsini artırmaq məqsədilə Azərbaycanı dəstəkləməyə hazırdır. Konfrans öz işinə Azərbaycan paytaxtında başlayıb.

"Savadlılıq cəmiyyətin qarşısında bütün qapıları aça bilən açardır", - YUNESKO nümayəndəsi əlavə edib.

"Dünyada heç bir ölkə savad olmadan inkişaf edə bilməz", - Bernett əlavə edib. Onun sözlərinə görə, Azərbaycanla artıq bir neçə ildir ki, uğurla əməkdaşlıq edən YUNESKO gələcəkdə də ölkəni dəstəkləməyə hazırdır.

YUNESKO-nun statistikasına əsasən, bu gün dünyada savadlılıq dərəcəsi 97 faiz təşkil edir, Avropada təxminən 9 milyon insan savadsızdır.

Xəbər lenti

Xəbər lenti