...

YUNESKO Azərbaycanda yeni layihənin reallaşdırılmasına başlayıb

Cəmiyyət Materials 15 May 2008 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir S.Ağayeva / YUNESKO Azərbaycanda elmi sahədə "Tədqiqat siyasəti" adlı yeni layihəni reallaşdırmağa başlayır.

"Bu yeni təşəbbüsdür. Biz bu layihə çərçivəsində Azərbaycan elminə böyük töhfə verməyi düşünürük", - deyə cümə axşamı jurnalistlərə YUNESKO-nun baş direktoru Koitiro Matsuura bildirib.

Baş direktor qeyd edib ki, yaxın vaxtlarda Azərbaycana layihə çərçivəsində fəaliyyət planının hazırlanması üçün alimlərdən ibarət qrup ezam ediləcək. Bu orta hesabla YUNESKO ilə Azərbaycan əməkdaşlığı üzrə üçüncü istiqamət olacaq.

YUNESKO və Azərbaycan 2000-ci ildən mədəni irsin mühafizəsi və təhsil kimi layihələr çərçivəsində sıx əməkdaşlıq edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti