Azərbaycan, Bakı, 15 may /müx. TrendLife Eldar Hüseynzadə/
Ümumilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbirlər davam etməkdədir. Səttar Bəhlulzadə adına sərgi salonundan TrendLife-a verilən məlumata görə, orada iki rəssamlıq məktəbinin təşkil etdiyi sərginin açılışı olub. Tədbiri giriş sözü ilə mədəniyyət və turizm nazirliyinin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev açıb. Adıçəkilən məktəbdə oxuyan şagirdlər bu tədbirə iki aydır ki, hazırlaşırdılar.