...

Ülviyyə Vəliyevanın yaradıcılığında yenilik olacaq

Cəmiyyət Materials 15 May 2008 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /müx. TrendLife Günel Əhmədova/

"Həsrət" və "Xəyallar" adlı kompazisiyaların müəllifi olan bəstəkar Ülviyyə Vəliyeva bir müddət əvvəl Azərbaycan və türk musiqisinin sintezindən ibarət "Qəlblər qovuşanda" adlı maraqlı proqram hazırlayıb. Bəstəkarın TrendLife-a bildirdiyinə görə, instrumental musiqini ud alətində türk musiqiçisi səsləndirib. Bakı Musiqi Akademiyasının məzunu olan Ülviyyə xanımın son əsərlərindən biri isə "Kölgə" adlanır. Maraqlı musiqi nömrəsində "Akademiya" realiti-şousunun iştirakçılarından olan Aytac Cəfərovanın vokaliz çıxışlarına yer ayrılıb. Eyni zamanda onun "Dalğa" adlı instrumental musiqisi artıq radiolarda dalğalanır. Mahnı yaradıcılığı ilə də məşğul olan Ülviyyə Vəliyeva xatırlatdı ki, onun bəstələrinin Elnur, Ayaz Qasımov və bir sıra müğənnilər səsləndiriblər. Hazırda isə o, yeni bəstələri üzərində çalışır. Bəstəkar xanımın yaradıcılığından həmçinin tele-verilişlərdə bəhrələnirlər. Söhbətinin sonunda Ü.Vəliyeva vurğuladı ki, vətəninə ezam olunan Türkiyənin Azərbaycandakı keçmiş səfirinin təşəbbüsü ilə o, təmsilçinin uşaqlarına musiqi dərsləri keçib. Hazırda isə bəstəkar yeni təyin olunmuş səfirin dəvəti ilə eyni missiyasını davam etdirir.

Xəbər lenti

Xəbər lenti