...

Fransada Heydər Əliyevin 85 illik yubileyni qeyd etdilər

Cəmiyyət Materials 19 May 2008 03:53 (UTC +04:00)

Fransa, Paris. 19 may / Trend müxbir Y.Əliyev / Azərbaycanın Fransadakı səfirliyi yubileyi ilə bağlı Fransa Senatının binasında xatirə gecəsi keçirib.

Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev çıxışında bildirdi ki, Azərbaycanın 30 illik zəngin tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Onun idarəçilik istedadı, tükənməyən enerjisi 1969-cu ildən, hakimiyyətə gəldiyi ildən Azərbaycanın güclənməsinə yönəldilmişdir. 90-cı illərdə Heydər Əliyevin Azərbaycan müstəqilliyi üçün gördiyi işlər əvəzedilməzdir. Onun müdrik və uzaqgörən siyasətin nəticəsində muasir Azərbaycan beynəlxalq siyasi arenada nüfuz qazanıb. Azərbaycanda həyata keçirilən iri miqyaslı enerji layihələri də Heydər Əliyevin adı ilə balıdır.

"Heydər Əliyev əsl vətənpərvər idi. O Azəraycanı sosial-iqtisadi təhlükədən xilas etdi", - Fransa Senatının Fransa-Qafqaz dotluq qrupunun üzvü Katrin Prokasiya çıxışında dedi. O Heydər Əliyevi beynəlxalq səviyyəli dövlət xadimi adlandırdı, hansı ki Azərbaycanın beynəlxalq əlaqələrini möhkəmləndirdi.

Anmaq mərasimində Fransa Milli Asambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lüvi Düpon, dedi ki Heydər Əliyev Fransa və Azərbaycan arasında əlaqələrin inkişafında mühüm xidmətlər göstərib və ikitərəfli əlaqələrin qurulmasında onun xidmətləri böyukdür.

Digər çıxış edənlər, o cümlədən Parisdakı Azərbaycan evinin sədri Səid İsmaylov, Frasanın bakıda keçmiş səfiri Jan Peren, Heydər Əliyevlə bağlı xatirələri ilə bölüşdülər.

Anmaq mərasimi Azərbaycan incəsənət ustalarının konserti ilə davam etdi.

Xəbər lenti

Xəbər lenti