...

Azərbaycanın futbol komandası beynəlxalq turnirə dəvət alıb

Cəmiyyət Materials 20 May 2008 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlılardan (U-17) ibarət futbol üzrə yığma komandası Moldovada keçirilən beynəlxalq turnirdə iştirak edəcək. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib.

İyunun 17-dən 21-dək davam edəcək turnirdə Azərbaycan futbolçularının rəqibləri olacaq komandalar hələ ki, müəyyənləşməyib. Bu, yeniyetmə futbolçular arasında keçirilən sayca 19-cu turnirdir.

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi almaniyalı Bernard Lippertdir. O, həm də 21 yaşlı futbolçulardan ibarət milli komandaya rəhbərlik edir.

Azərbaycanın 17 yaşlı futbolçularının Moldovadakı turnirdə iştirakı Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Polşada keçiriləcək seçmə mərhələnin oyunlarında azərbaycanlı futbolçuların rəqibləri meydan sahibləri ilə yanaşı, Bolqarıstan və Çernoqoriya yığmaları olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti