...

Polşanın futbol klubu azərbaycanlı futbolçuya yeni müqavilə təklif edib

Cəmiyyət Materials 22 May 2008 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir R.Ergün/ Polşanın "Qrotslin" klubunda legioner həyatı yaşayan azərbaycanlı futbolçuya yeni müqavilə təklif olunub. ""Qrotslin"lə iki illik müqavilə bağlamışdıq. Artıq bunun bir ili geridə qalıb. Klub rəhbərliyi mənə müqaviləni daha bir illiyə uzatmağı təklif edib. Qarşıdakı günlərdə bu barədə fikirləşib qərarımı verəcəm", cümə axşamı Trend -a "Qrotslin"də forma geyən Saşa Yunisoğlu deyib.

Yunisoğlu Polşa klubuna ötən ilin yayında transfer olunub. O, "Qrotslin"ə gedənə kimi hazırda maliyyə problemləri üzündən fəaliyyət göstərməyən "MKT-Araz" klubunda çıxış edib.

Azərbaycanın legioner futbolçusu bildirib ki, Polşa kubokunun final oyununda meydana çıxmamasının səbəbi zədə olub. "Baş məşqçi bildirdi ki, final görüşündə oynasan, karyeranı təhlükə altına salarsan. Özüm də zədəyə görə oynamaq istəmirdim" - deyə Yunisoğlu əlavə edib.

Azərbaycanlı futbolçu başa çatan Polşa çempionatının bürünc medalını qazanb. O, "Qrotslin"in Polşa kubokunu qazandığı "Legiya" ilə final oyununda zədəli olduğu üçün iştirak etməyib.

Yunisoğlu deyib ki, UEFA kubokunda iştirak edəcək "Qrotslin"in əsas hədəfi bu yarışda ən azı üç mərhələ adlamaqdır.

"Qrotslin"in futbolçusu Azərbaycan yığma komandasının da üzvüdür. Yığma komandanın almaniyalı baş məşqçisi Berti Foqtsun onu iyunun 1-də Bosniya və Herseqovina, iyunun 4-də Andorra ilə yoldaşlıq oyunlarına dəvət edəcəyi gözlənilir.

Hazırda Bakıda olan Yunisoğlu Polşaya iyunun 15-də qayıdacaq.

Polşada növbəti çempionatın oyunları iyulun sonlarında başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti