Azərbaycan, Bakı, 22 may / Trend , müxbir R.Ergün/ Bakıda sabiq prezident Heydər Əliyevin 85 illik yubileyinə həsr olunan "Prezident kuboku" adlı şahmat turnirinin sonuncu mükafatını azərbaycanlı qrossmeyster Şəhriyr Məmmədyarov qazanıb. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Şahmat Federasiyasından məlumat veriblər.
Məmmədyarov "Prezident kuboku"nun sonunda keçirilən blits turnirdə qələbə qazanıb. O, 7,5 xal toplayıb.
Azərbaycanlı şahmatçı bu uğuruna görə 500 dollar qazanıb. Məmmədyarov AZAL şirkətindən Bakı-London-Bakı hava reysinə aviobilet də əldə edib.
Məmmədyarovdan sonra yerləri Rauf Məmmədov, Qədir Hüseynov, Yevgeni Nayer (Rusiya), Aleksey Aleksandrov (Belarus) və Temaz Gelaşvili (Gürcüstan) bölüşüblər.
"Prezident kuboku" şahmat turnirinin ümumi mükafat fondu 85 min dollar olub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]