Azərbaycan, Bakı, 25 may/ TrendLife müxbir V.İmanov/ Keçən uik-kend Olimpic Star idman kompleksində (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yanında), TREND xəbərlər agentliyinin təşkil etdiyi, mini futbol üzrə birinci "Aznet Kuboku" start götürmüşdür. Yarışma EylencE (komandanın internet səhifəsi: http://www.eylence.az ) və Azerisport (komandanın internet səhifəsi: www.azerisport.com - www.azerisport.com/forum ) futbol komandalarının oynu ilə başladı. Görüşün birinci dəqiqələrindən ərazi və oyun üstünlüklərini EylencE (göy geyimdə) ələ keçirdi və Azerisport komandasını (yaşıl-sarı geyimdə) divara söykədi. Təqribən 8 dəqiqə ərzinədə (bir taym 20 dəqiqə çəkir) rəqib meydanın mərkizində o tərəfə keçə bilmədi və futbolda olduğu kimi, birinci kontrhücum "yaşıl-sarıların" müvəffəqiyyətilə başa çatdı.
Lakin qoldan sonra, təşəbbüs Azerisport komandasına keçdi və oyunçuları kombinasiyalı futbol göstərməyə başladılar. Birinci taym hər iki tərəfin hücumu ilə qurtardı. İkinci taymın başlanğıcı "Heç kəs ölmək istəmir" sovet filminin adına bənzəyirdi, lakin, "idman saytının" qolundan sonra "əyləncə" saytının oyunu ixtilafa uğradı. Dalğavari sərt hücumlar, qapıya zərbələr, tək bə təkə çıxışlar və EylencE qapıçısının ustadlığı olmasaydı hesab xeyli yuxarı ola bilərdi. Lakin bu da üçüncü qoldan xilas etmədi. Rəqibə yalnız bir qol vurmaq imkanı yarandı. Lakin, görüşün sonlarında hesab Azerisport-un xeyrinə darmadağıdıcı oldu 4:1.
Turnirdə, saytı olan, 12 komanda iştirak edir. Püşk atmanın yekunlarını görə, komandalar bu cürə bölüşdürülüblər: A qrupu: EylencE, Az?risport, Bayern Munchen; B qrupu: BakuPages, TREND, NISA; C qrupu: "Penğə Baku" (Realmadrid.az), Smart Systems, neftchipfc.com; D qrupu: Young Diplomats, Baku Reds, Terimakasi.
14-15 iyunda, dörddə bir finalda qruplarda birinci iki yeri tutmuş komandalar görüşəcək:
A1 -C2, C1-A2, B1-D2, D1-B2.
Qabaqkı iki cütlüyün qalibləri 21 may yarımfinalda öz aralarında oynayacaqlar.
Turnirlə bağlı əlavə məlumatı bu ünvanda taba bilərsiz http://forum.trendaz.com/index.php?showforum=71