...

Bakının mərkəzində avtomobil qəzası baş verib: beton qarışdıran yük maşını minik avtomobilinin üstünə düşüb (əlavə olunub)

Cəmiyyət Materials 27 May 2008 20:38 (UTC +04:00)
Bakının mərkəzində avtomobil qəzası baş verib: beton qarışdıran yük maşını minik avtomobilinin üstünə düşüb (əlavə olunub)

Azərbaycan, Bakı, 27 may/ Trend / Bakının mərkəzində- köhnə avtovağzal rayonunda körpünün altında ciddi yol-nəqliyyat hadisəsi baş verib. Beton qarışdıran yük maşını aşıb. Bu zaman yaxınlıqdakı Opel Vectra markalı minik avtomobili yük maşınının altında qalaraq əzilib.

Trend -un müxbirinin hadisə yerindən verdiyi məlumata görə, hadisə yerinə dövlət yol polisi, təcili yardım və yanğından mühafizə briqadaları çağırılıb.

Hazırda xilasedicilər minik maşınını yük maşının altından çıxartmaq üçün xüsusi avadanlığın köməyi ilə böyük çətinliklə yük maşınını qaldıra biliblər.

Yük maşının betonla dolu olması işi çətinləşdirib.

Məlum olub ki, gənc qız - Opel Vectra-nın sürücüsü həlak olub. Onun cəsədini maşını qaldıranadək avtomobildən çıxarıblar. Xilasedicilər laqundanın köməyi ilə avtomobili kəsiblər. Avtomobildə başqa heç kəs olmayıb.

Şahidlərin sözlərinə görə, yük maşınının sürücüsü hadisə yerindən qaçıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti