Azərbaycan, Bakı, 29 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futzal üzrə kubokunu Naxçıvanın "Araz" klubu qazanıb. Bu, cümə axşamı Bakı İdman Sarayında keçirilən "Araz" - "Sumqayıt" oyunundan sonra məlum olub.
"Araz" futzal üzrə ölkə kubokunun final oyununda "Sumqayıt" komandasını 2:0 hesabı ilə məğlub edib.
"Araz" klubu başa çatan futzal çempionatında da qızıl medalları qazanıb. Naxçıvanlı futzalçılar ötən mövsümdə də "qızıl dubl" edərək, həm çempion olmuşdular, həm də ölkə kubokunu əldə etmişdilər.
Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edəcək "Araz" klubunun baş məşqçisi Məmməd Zeynalovdur.