...

Azərbaycanın futbol klubu Braziliyaya seleksioner göndərmək fikrindən daşınıb

Cəmiyyət Materials 4 İyun 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan kubokunun sahibi "Xəzər-Lənkəran" futbol klubu bu yay Braziliyaya seleksionerlərini göndərməyəcək. Bu barədə çərşənbə günü Trend -a klubun mətbuat xidməti məlumat verib.

Trend -un arayışı: Son iki ildə "Xəzər-Lənkəran"ın transfer etdiyi legionerlərin əksəriyyəti Braziliyadan olub. Bu məqsədlə hər il transfer dövründə klubun seleksiyaçı-məşqçiləri Braziliyaya səfər ediblər. "Xəzər-Lənkəran"ın seleksionerlərinin Braziliyaya sonuncu səfəri bu ilin qışında olub.

Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, transfer siyahısında legioner futbolçular üstünlük təşkil edir. Heyətə cəlb olunacaq yeni oyunçuların adları dörd-beş gündən sonra açıqlanacaq.

"Xəzər-Lənkəran" növbəti futbol mövsümünə və UEFA kubokuna Avstriyada hazırlaşacaq. İyunun 24-dən iyulun 10-dək nəzərdə tutulan hazırlıq dövründə dörd yoxlama oyunu keçiriləcək.

İki dəfə Azərbaycan kubokunu qazanmış klubun baş məşqçisi Ağasəlim Mircavadovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti