...

Azərbaycanın paytaxtı 2016-cı ildə keçiriləcək Olimpiadanı qəbul etmək şansını itirib

Cəmiyyət Materials 4 İyun 2008 21:24 (UTC +04:00)
Azərbaycanın paytaxtı 2016-cı ildə keçiriləcək Olimpiadanı qəbul etmək şansını itirib

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın paytaxtı Bakı şəhəri 2016-cı ildə keçiriləcək Olimpiadanı qəbul etmək şansını itirib. Bu, bu gün Yunanıstanın paytaxtı Afina şəhərində Olimpiadanı qəbul etmək iddiasında olan ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıdan sonra məlum olub. BOK prezidenti Jak Roqqe namizəd-şəhərlərin siyahısını açıqlayıb.

Afinadakı toplantıda, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov başda olmaqla, Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri iştirak ediblər. Toplantıda məlum olub ki, Olimpiadaya ev sahibliyi etmək istəyən şəhərlərdən yalnız Çikaqo, Madrid, Rio-de-Janeyro və Tokio iddiasını davam etdirə bilər.

Trend -un arayışı: 2016-cı ildə keçiriləcək Olimpiadanı qəbul etmək istəyən yeddi şəhər namizədliyini irəli sürmüşdü: Bakı (Azərbaycan), Çikaqo (ABŞ), Doha (Qətər), Madrid (İspaniya), Praqa (Çexiya), Rio-de-Janeyro, Tokio (Yaponiya). Bu iddiaçı şəhərlərdən Çikaqonun şansı əvvəlcədən daha yüksək qiymətləndirilirdi.

Azərbaycan tərəfi 2016-ci ilin Olimpiadasına hazırlıq məqsədi ilə Bibiheybət neft yatağının yerində idman şəhərciyi salmaq planı ilə çıxış edib.

Bu ilin yayında keçiriləcək Olimpiada Çinin paytaxtı Pekində təşkil olunacaq. 2012-ci ilin Olimpiadası isə, İngiltərənin paytaxtı Londonda olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti