...

Azərbaycanlı avarçəkən növbəti uğurunu qazanıb

Cəmiyyət Materials 6 İyun 2008 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın avarçəkmə üzrə yığma komandasının üzvü Valentin Demyanenko Macarıstanın Zeqed şəhərində keçirilən dünya kubokunun seçmə mərhələsinin qalibi olub. Bu barədə cümə günü Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.

34 ölkənin təmsilçilərinin qatıldığı yarışda ilk dəfə mübarizə aparan azərbaycanlı idmançılar 500 metr məsafəyə yürüşdə qüvvələrini sınayıblar. Avarçəkmənin kanoe növü üzrə yarışan Demyanenko yeddi idmançı arasında birinci yeri tutduğu üçün reqlamentə əsasən, birbaşa final mərhələsinə vəsiqə qazanıb. O, bir neçə gün əvvəl 200 metr məsafəyə yürüşdə də səkkiz idmançı arasında ilk yeri tutaraq qalib olmuşdu.

Dünya kubokunun final mərhələsinin həlledici görüşləri sabah keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti