...

Azərbaycanın futbol klubu nə birinci divizionda, nə də Premyer-Liqada oynamağa hazırdır – klub prezidenti

Cəmiyyət Materials 19 İyun 2008 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Gənclərbirliyi" futbol klubu nə birinci divizionda, nə də Premyer-Liqada oynamağa hazırdır.

"Gənclərbirliyi"ndən uzaqlaşmışam. Bu komandanın fəaliyyətini davam etdirməsi 90 faiz real görünür. Məsələ burasındadır ki, perspektiv yoxdur. Premyer-Liqada oynasaq belə, yenə oyunçularımızı komandada saxlaya bilməyib birinci diviziona düşəcəyik. Buna görə də bu işi mənasız sayıram", cümə axşamı Trend -a "Gənclərbirliyi" klubunun prezidenti İlqar Nuriyev deyib.

Sumqayıt şəhərini təmsil edən "Gənclərbirliyi" klubu beş il əvvəl yaradılıb. Komanda Azərbaycanın futbol üzrə Premyer-Liqasının sonuncu mövsümündə uğursuz çıxış edərək birinci diviziona düşüb.

Nuriyev deyib ki, "Gənclərbirliyi"nə sponsorluq etmək istəyən olsa, klub fəaliyyətini davam etdirə bilər. "Sumqayıt şəhərinin rəhbər şəxsləri ilə də görüşlərimiz olub. Amma ortada heç nə yoxdur. Kluba yaxın durmaq istəyən tapılmır. Kimsə bu komandaya sponsorluq etsə, bəlkə "Gənclərbirliyi" çıxışını davam etdirdi", - deyə klub prezidenti əlavə edib.

Bir müddət əvvəl "Gənclərbirliyi" klubunun azarkeşləri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə müraciət edərək klubun Premyer-Liqada çıxışını davam etdirməsinə razılıq verilməsini xahiş etmişdilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti