...

Azərbaycanın "İnter" futbol klubu oyunçusunu Serbiya klubuna satacağını dəqiqləşdirməyib – klub prezidenti

Cəmiyyət Materials 23 İyun 2008 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının çempionu olan "İnter" klubu yeni oyunçusu Branimir Subaşiçi Serbiyanın "Srvena Zvezda" klubuna sata bilər. "Menecerlərlə Subaşiçin "Srvena Zvezda"ya keçidinə dair danışıqlar aparırıq. Amma hələ dəqiq bilmirik ki, bu futbolçunu Serbiya klubuna satacağıq, ya yox", bazar ertəsi Trend -a "İnter" klubunun Bolqarıstandan olan prezidenti Georgi Nikolov deyib.

Subaşiç futbol üzrə sonuncu mövsümdə "Neftçi" klubunun heyətində çıxış edib. O, "İnter"ə bir neçə gün əvvəl transfer olunub. Serbiyadan olan hücumçu Azərbaycanın futbol üzrə yığma komandasında da çıxış edir.

"İnter" klubunun baş məşqçisi Ukraynadan olan Valentin Xodukindir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti