...

Müğənni Tünzalə Ağayeva yeni albom çıxardır

Cəmiyyət Materials 23 İyun 2008 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva sentyabr ayında yeni albom çıxardacaq. Müğənnin prodüsseri Yalçın Cabbarovun TrendLife-a verdiyi xəbərə görə, bu Tünzalə xanımın sayca dördüncü albomudur. Toplu əvvəlkilərdən onunla fərqlənəcəq ki, albomda yalnız müğənnin müəllif mahnıları yer alacaq. Hələlik adı bəlli olmayan albom Türkiyədə cildlənəcək. Bundan əlavə yaxın zamanlarda T. Ağayevanın saytı yenilənəcək. Həmin sayta müğənnin yeni mahnıları və klipləri əlavə olunacaq.

Xəbər lenti

Xəbər lenti