...

Parisdə "Leyli və Məcnun"u" yeni oxunuşda təqdim ediblər

Cəmiyyət Materials 25 İyun 2008 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

İyunun 24-də Parisdə YUNESKO qərargahında Şərqin ilk operası olan "Leyli və Məcnun"un 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Mədəniyyət və turizm nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın TrendLife-a verdiyi məlumata görə, bu tədbir ölkənin birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilib. Gecəni giriş sözü ilə mədəniyyət və turizm nazirinin müavini Sevda Əliyeva açıb.

"Leyli və Məcnun" yeni oxunuşda tamaşaçılara təqdim olunub. Tamaşanın rejissoru Bəxtiyar Xanızadə, dirijoru Fəxrəddin Kərimov, rəssamı Rafis İsmayılov olub. Əsas rollarda Mənsum İbrahimov, Nəzakət Teymurova, "Pantomim" teatrının akytorları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti