...

Tünzalə Ağayeva gənc kadrların piyar kampaniyasını bəyənmir

Cəmiyyət Materials 27 İyun 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /TrendLife müx. Günel Əhmədova

Əməkdar artist Tünzalə Ağayeva indiki gənclərin məşhurlaşmaq istiqamətində apardıqları piyar kampaniyasını qəbul edə bilmir. Fikrini dəqiqləşdirən müğənni TrendLife-a belə bir açıqlama verdi:"Gəncləri müşahidə edərkən onların bəzən düzgün addım atmadıqlarını düşünürəm. Bu gün sənətə gələn gənc kadrların əksəriyyəti məşhurlaşmağı paltarının ətəyini qısaltmaqda və açıq şəkillərlə dərgilərin üz qabığını bəzəməkdə və s. görürlər. Mən bunu düzgün addım hesab etmirəm. Çünki bu gün soyundun və insanların diqqətini özünə cəlb etdin. Sabah sənin vicudun onlar üçün adi bir insanın görüntüsünü xatırladacaq. Yəni adiləşəcək. Əgər həmin gənclər sənətlə məşğul deyillərsə, tükənəcəklər və gerililəyəcəklər".

Kiminsə adını çəkmək istəməyən Tünzalə xanım bu cür sənətçilərin ictimaiyyətə bəlli olduğunu dedi. Özündən misal çəkən müğənni sözünün davamında bunları qeyd etdi:

"Mən bu cür piyara getmədim. Əvvəldən sənətimi düşündüm və geyim, məşhurlaşmaq mənim üçün ümumiyyətlə, plana daxil deyildi. Çünki yaxşı sənət göstərə bilsən, onsuz da məşhurlaşa bilirsən. Geyimlərimdə isə fərqli dəyişiklik olmayıb. Səhnəyə çalma ilə gəldim və bu geyim tərzimdən birdəfəlik imtina etmədim. Rəngarənglik olsun deyə, ara-bir istifadə edirəm".

Yayın isti günlərini studiyada keçirən Tünzalə Ağayeva bunu gələn aya kimi davam etdirmək niyyətindədir. Çünki Tünzalə xanımın hazırkı yaradıcılığını albom hazırlığı təşkil edir. Müğənninin bildirdiyinə görə, sayca 4-cü olan topluya özünün və həmkarı Eldar Mansurovun bəstələri daxil ediləcək. Yeni mahnıların studiya yazılışını bitirmək ərəfəsində olan Tünzalə xanım toplunun sentyabrın ikinci ongünlüyündə satışa çıxarılacağını diqqətə çatdırdı.

Xəbər lenti

Xəbər lenti