...

Azərbaycanda bəzi qüvvələr vəhabilik məsələsini şişirdirlər - Qafqaz Müsəlmanları İdarəsinin sədri

Cəmiyyət Materials 1 İyul 2008 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir İ.Əlizadə/ Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə hesab edir ki, vəhabilik və digər dini birliklər Azərbaycan üçün heç bir təhlükə yaratmır.

"Azərbycanda vəhabiliklə bağlı bəzi məsələlər şişirdilir", çərşənbə axşamı Trend -a eksklüziv açıqlamasında QMİ sədri Paşazadə bildirib.

Trend -un arayışı: Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində "Əl-Qaidə" və "Əl-Cihad" kimi beynəlxalq terrorçu qurumlarla əlaqələrə malik, həmçinin əməllərində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, ümumən dövlətin əsaslarının sarsıdılmasına yönələn cinayətlərin tərkibi olan 3 radikal-ekstremist, təhlükəli silahlı dəstə zərərsizləşdirilib. Onların tərkibinə daxil olan 40 nəfər həbs olunub, müqavimət göstərdiyinə görə 1 nəfər məhv edilib.

Bunların arasında Rusiya ərazisində silahlı basqınlar törədən, özlərini "Meşə qardaşları" adlandıran silahlı qruplaşmanın 16 üzvü olub. Həmçinin, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsindən silah-sursat oğurlayaraq Bakıda silahlı basqın törədən, ABŞ və digər Qərb ölkələrinin səfirliklərinə qarşı terrorçuluq aksiyalarının keçirilməsini planlaşdıran dini ekstremist qrupun 9 nəfər üzvü həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.

Şeyx qeyd edib ki, Azərbaycanda vəhabiliklə bağlı bəzi məsələlər həm qəzetlər, həm də bu məsələdə xüsusi marağı olan qüvvələr tərəfindən şişirdilir. Paşazadə hesab edir ki, insanların öz namazlarını necə qılmalarına müdaxilə etmək olmaz. "Azərbaycanda vəhabilər, yəhudi və xristianlar da var. Əsas odur ki, onlar Azərbaycanın qanunlarına riayət etsinlər. Burada elə bir təhlükə yoxdur, şəxsən mən bunu görmürəm", - QMİ sədri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti