...

Azərbaycanın "Gənclərbirliyi" klubunun prezidenti "Turan" komandasını oyun alqı-satqısında ittiham edir

Cəmiyyət Materials 1 İyul 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Gənclərbirliyi" futbol klubunun prezidenti İlqar Nuriyev Tovuzun "Turan" komandasını başa çatan Premyer-Liqada oyun alqı-satqısında ittiham edir. "Bu komanda "Qəbələ" ilə oyunun ilk hissəsində 4:0 hesabı ilə irəlidə olacaq gücdə deyil. "Bakı" ilə oyunun birinci hissəsində "Turan"ın 2:0 hesabı ilə irəlidə olmasına nə demək olar? Bizə indiyə kimi heç kim xal bağışlamayıb. Amma başqaları bunu edir", çərşənbə axşamı Trend -a Nuriyev deyib.

Trend -un arayışı: Bir neçə gün əvvəl "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov futbolçularının - İrakli Vaşakidze ilə Zurab Mamaladzenin Premyer-Liqanın ikinci dövrəsində "Turan"la oyunda qəsdən zəif çıxış etdiklərini bildirib. Gürcüstandan olan oyunçulardan biri - Vaşakidze əvvəllər "Turan" komandasında çıxış edib.

Nuriyev deyib ki, "Turan" klubu haqqında xoşagəlməz söz-söhbətin yaranmasına baxmayaraq, o, bu komandanın cəzalandırılmasının tərəfdarı deyil. "Turan" yaxşı komandadı. Düzdür, bu komandanın oyun alqı-satqısında iştirak etdiyi deyilir. Amma bunu hamı bilir ki, bizdə əksər klublar oyun alqı-satqısında iştirak edir", - deyə klub prezidenti əlavə edib.

"Gənclərbirliyi" klubu Premyer-Liqanın sonuncu mövsümündə 14 komanda arasında 13-cü yeri tutaraq birinci diviziona düşüb. Hazırda bu klubun fəaliyyətini davam etdirib-etdirməyəcəyi sual altındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti