...

Azərbaycanın bölgələrində həkim çatışmazlığı problemi həll olunmaq üzrədir - nazir müavini

Cəmiyyət Materials 5 İyul 2008 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyul / Trend , müxbirlər İ.Əlizadə, R.Novruzov / Azərbaycanın bölgələrində həkim çatışmazlığı problemini həll etmək üçün bu il Azərbaycan Tibb Universitetində ali təhsilini başa vuran gənc kadrların 60-70 faizi bölgələrə göndərilib. "Bölgələrdə həkim kadrların çatışmazlığı problemi həll olunmaq üzrədir", - deyə şənbə günü jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Sənan Kərimov bildirib.

Trend -un arayışı: Azərbaycanın bölgələrində, əsasən də ucqar kəndlərdə olan xəstəxanalarda, həkim ambulator və feldşer-mama məntəqələrində həkim çatışmazlığı problemi var. Səhiyyə Nazirliyinin məlumatına görə, bölgələrdə ümumilikdə 1500-2000 həkim çatışmır.

Nazir müavini qeyd edib ki, bölgələrdə həkimlərin işləməsi üçün şərait yaxşılaşıb, yeni müalicə müəssisələri tikilib və müasir avadanlıqla təmin olunub: "Şərait yaxşı olduğuna görə, gənc həkimlər, tibb işçiləri böyük həvəslə bölgələrə gedirlər. Çünki işləməyə şərait var".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti