...

Lerikdə yeni tədris ili üçün 10 məktəb tikilib istifadəyə veriləcək

Cəmiyyət Materials 5 İyul 2008 22:38 (UTC +04:00)

Azərbaycan, Lənkəran. 5 iyul / Trend müxbir P.Əliyeva /   Yeni tədrs ilində Lerik rayonunda 10 ümumtəhsil məktəb şagirdlərin istifadəsinə veriləcək. Artıq bir neçə məktəbdə işlər yekunlaşmaq üzrədir.

Yeni istifadəyə veriləcək məktəblərdən biri rayonun ucqar kəndi olan Kürdəsər kəndində yerləşir. 853 nəfər sakini olan kənddə Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə iki mərtəbəli 600 kv m sahəsi olan 200 yerlik yeni orta ümumtəhsil məktəbi inşa edilir.İş icraçısıMirdaməd Sarıyevin sözlərinə görə bundan əvvəl 164 şagirdin təhsil aldığı çiy kərpicdən tikilən məktəb bərbad vəziyyətdə olduğundan sökülüb.  Smeta dəyəri 600 min manat olan yeni məktəb binasının yeni tədris ilinədək  istifadəyə verilməsi nəzərdə tutulur.

Digər məktəb isə  rayonun Bilnə kəndindədir, 60 şagirdlik ibtidai məktəb rayonun daxili imkanları hesabına  tikiləcək. Qeyd edək ki, şagirdlərin 11 illik təhsil almaları üçün təhsillərini 5- ci sinifdən Kürdəsər kənd məktəbində davam etdirməlidirlər.

Mяqalя mцяllifi ilя яlaqя цnvanы: [email protected]

Xəbər lenti

Xəbər lenti