...

Azərbaycanın futbol üzrə Premyer-Liqada təmsil olunan klubu dağılıb

Cəmiyyət Materials 8 İyul 2008 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Masallı" futbol klubu 2008-2009-cu il mövsümündə Premyer-Liqada iştirak etməyəcək. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Yarışların Keçirilməsi və Təşkili Departamentinin rəisi Məlik Həsənov bildirib.

Trend -un arayışı: "Masallı" klubu futbol üzrə sonuncu 2007-2008-ci il mövsümündə Azərbaycan Premyer-Liqasında 30 xalla onuncu yeri tutub. Premyer-Liqada cəmi bir mövsüm çıxış edən "Masallı"nın futbolçularının bir çoxu MOİK klubuna transfer olunub.

AFFA rəsmisi bildirib ki, artıq "Masallı" klubundan federasiyaya Premyer-Liqada çıxışını dayandıra biləcəyi ilə bağlı xəbərdarlıq gəlib.

Həsənov deyib ki, "Masallı" Premyer-Liqada çıxışını dayandıracağı halda onu hansı klubun əvəzləyəcəyi dəqiqləşməyib.

"Masallı"nın əvəzində Premyer-Liqada Gəncənin "Kəpəz" klubunun iştirak edəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti