...

Estoniya yığma komandasının futbolçusu Azərbaycanın "Neftçi" klubunda baxışdan keçəcək

Cəmiyyət Materials 9 İyul 2008 17:23 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu Estoniya yığma komandasının üzvü Vladimir Voskoboynikovu baxışa dəvət edib. "Neftçi" klubundan Trend -a verilən məlumata görə, 25 yaşlı hücumçu Bakıya bu gün gələcək.

Trend -un arayışı: Voskoboynikov "Neftçi" klubuna gələn ilk estoniyalı futbolçu deyil. Hazırda "Neftçi"nin heyətində Estoniya yığma komandasının digər üzvü olan Dmitri Kruqlov da çıxış edir. Hər iki futbolçu vaxtilə "Levadiya" klubunun heyətində Estoniya çempionluğunu və kubokunu qazanıb. Azərbaycan klubu Voskoboynikovla maraqlanana kimi o, Rusiyanın birinci divizionunda mübarizə aparan "Torpedo" komandasında çıxış edib.

İyulun 12-də UEFA-İntertoto kubokunda Belçikanın "Jerminal" klubu ilə Bakıda cavab oyununa çıxacaq "Neftçi", bu görüşdə Voskoboynikovun xidmətindən istifadə edə bilməz. "Neftçi" klubu eston futbolçu ilə müqavilə bağlasa, o, yalnız UEFA-İntertoto kubokunun üçüncü mərhələsində Azərbaycan komandasının heyətində çıxış edə bilər.

Belçikada "Jerminal"la ilk oyunda 1:1 hesablı nəticə qazanan "Neftçi"nin UEFA-İntertoto kubokunun üçüncü mərhələsinə çıxmaq üçün çox yaxşı şansı var.

"Neftçi" komandasının baş məşqçisi ukraynalı Anatoli Demyanenkodur.

Xəbər lenti

Xəbər lenti