...

Azərbaycanın "Olimpik" klubu yeni müqavilə bağladığı futbolçudan imtina edib

Cəmiyyət Materials 10 İyul 2008 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı,10 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanı UEFA kubokunda təmsil edəcək "Olimpik" klubu yeni müqavilə bağladığı futbolçusundan - Vüsal Qarayevdən imtina edib. Bu barədə Trend -a futbolçuya yaxın mənbələr məlumat verib.

Qarayev "Olimpik"ə bu ilin iyun ayının əvvəllərində Tovuzun "Turan" komandasından dəvət olunmuşdu. O, Bakı klubu ilə bir illik müqavilə bağlamışdı.

"Karvan" klubu ilə keçirilən yoxlama oyunundan sonra "Olimpik"in məşqçilər heyəti hücumçu mövqeyində çıxış edən futbolçunu bəyənməyərək, onun xidmətindən imtina etmək qərarına gəlib.

Hazırda Gürcüstanda olan "Olimpik" Braziliyadan və Bolqarıstandan olan iki hücumçunu baxışdan keçirir.

"Olimpik" UEFA kubokunda Serbiyanın "Voyvodina" klubu ilə ilk oyununu iyulun 17-də, səfərdə keçirəcək.

Xəbər lenti

Xəbər lenti