...

Azərbaycanın "Kəpəz" futbol klubunun stadionu əsaslı təmir ediləcək

Cəmiyyət Materials 11 İyul 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Kəpəz" futbol klubunun ev oyunlarını keçirəcəyi Gəncə stadionunda əsaslı təmir-bərpa işləri aparılacaq. Kluba yaxın mənbələrdən Trend -a verilən məlumata görə, bərpa işlərində Fransanın "Monako" klubunun ev oyunlarını keçirdiyi stadionunun dizaynından istifadə ediləcək.

Fransa komandasının stadionu Avropada ən yaxşı idman qurğularından sayılır. Bu stadionda UEFA kubokunun ən vacib oyunları keçirilir.

Trend -un arayışı: Gəncənin "Kəpəz" klubu dörd ildən çoxdur ki, maliyyə probleminə görə, Azərbaycan çempionatında çıxış edə bilməyib. Bir neçə gün əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev kluba Gəncədə yerləşən "Azəralüminium" zavodunun sponsorluq edəcəyini bildirib.

"Kəpəz" dağılandan sonra Gəncə stadionunda çempionat oyunları keçirilməyib.

Məlumat verən mənbənin bildirdiyinə görə, stadionda təmir işlərinə yaxın günlərdə start veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti