...

"Neftçi" belçikanın "Jerminal" klubuna qalib gələrək, İntertoto Kubokunun üçüncü mərhələsinə addımladı

Cəmiyyət Materials 12 İyul 2008 23:25 (UTC +04:00)
"Neftçi" belçikanın "Jerminal" klubuna qalib gələrək, İntertoto Kubokunun üçüncü mərhələsinə addımladı

Azərbaycan, Bakı, 12 iyul/ Trend / 12 iyul Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İntertoto Kuboku çərivəsində Azərbaycanın "Neftçi" klubu və belçikanın "Jerminal" komandası arasında oyun keçirilmişdir.

Qeyd edək ki, komandalar arasında birinci oyun Belçikada baş tutmuşdur. "Neftçi" 1:1 hesabı ilə "Jerminal" komandası ilə oynamışdır.

Oyunun birinci hissəsi heç-heçə qurtardı.

57-ci dəqiqədə Elnur Allahverdiyev oyunda hesabı açdı - 1:0 "Neftçinin" xeyrinə.

"Neftçi" komandasınn vurduğu qoldan sonra "Jerminal" komandasının oyunçuları hər tərəfili çalışırdılar ki, cavab qolu vursunlar. Lakin, onlar istəklərinə nail ola bilmədilər.

Əsas vaxtın bitməsindən sonra hakim oyuna 3 dəqiqə əlavə etdi. Əlavə olunmuüş vaxt ərzində də "Jerminal" komandasınn oyunçuları hesabı bərabərləşdirə bilmədilər.

Oyun 1:0 hesabı ilə "Neftçinin" xeyrinə qurtardı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti