...

Azərbaycanlı futbolçunun çıxış etdiyi Türkiyə klubu UEFA kubokuna vəsiqə qazanmaq iddiasındadır

Cəmiyyət Materials 14 İyul 2008 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin "Sivasspor" klubu UEFA kubokuna vəsiqə qazanmaq iddiasındadır. "Biz futbolçularımıza inanırıq. Bu komanda ilə UEFA kubokuna vəsiqə qazanacağımızı düşünürük", Türkiyə mətbuatına "Sivasspor" klubunun baş məşqçisi Bülənt Uyğun deyib.

Azərbaycanlı futbolçunun klubu Türkiyə Superliqasının sonuncu mövsümündə dördüncü yeri tutaraq UEFA-İntertoto kubokunun ikinci mərhələsində mübarizə aparmaq imkanı qazanıb. "Sivasspor" artıq ikinci mərhələdə Çernoqoriyanın "Qrbalj" klubunu məğlub edib və növbəti mərhələdə Portuqaliyanın "Braqa" komandası ilə görüşəcək.

Qurbanov "Sivasspor"un Çernoqoriya komandası ilə keçirdiyi hər iki oyunda çıxış edib. O, ilk oyunda əsas heyətdə, ikinci görüşdə isə sonradan meydana çıxıb.

"Sivasspor"un baş məşqçisi bildirib ki, komandası "Braqa" ilə oyunlarda qələbə çalaraq UEFA kubokuna vəsiqə qazana bilər. "Poruqaliya komandası ötən mövsüm bir çox güclü rəqiblərlə görüşdə qələbə qazanıb. Amma biz də ilk dəfə avrokubok yarışlarında iştirak etməyimizə baxmayaraq, zəif deyilik", - deyə baş məşqçi əlavə edib.

Azərbaycanın yığma komandasında da çıxış edən Qurbanov "Sivasspor"a bir il əvvəl "Xəzər-Lənkəran" klubundan transfer olunub.

Xəbər lenti

Xəbər lenti