...

Roker Coşğun Viləş öz mahnısını yüksək səviyyəyə qaldırdı

Cəmiyyət Materials 14 İyul 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Coşğun Viləş əvvəllər estrada müğənnisi kimi tanınsa da, bu yaxınlarda o, rok stilində mahnı oxuyacaq. "Yeni kompazisiyam "Gedəcəm" adlanır. Mahnın musiqisi Gövhər Həsənzadəyə, sözləri di-cey Günaya aiddir".

Bununla onun rok yaradıcılığı bitmir. Müğənni yaxın zamanlarda adıçəkilən mahnıya klip də çəkdirəcək. Hazırda klipmeyker Samir Kərəmoğlu və Fuad Əlişov arasında seçim gedir. "Hansı rejissorun fikri maraqlı olsa, onunla da klip çəklişlərinə başlayacağıq",-deyən müğənni TrendLife-a bildirib.

Bundan əlavə C. Viləşin daha iki yeni mahnısı var. Yeni mahnıların müəllifləri Vüqar və Zaur Zeynaldır.

Xəbər lenti

Xəbər lenti